Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 08:17

Hindistan məhkəməsi İsveçrənin əczaçılıq şirkətinə rədd cavabı verib


Hindistanın ali məhkəməsi İsveçrənin “Novartis” şirkətinin xərçəngə qarşı olan Glivec dərmanının yeni versiyasına patent istəməsinə rədd cavabı verib.

Məhkəmə bildirib ki, bu dərmanın yeni versiyası əvvəlkilərdən çüzi fərqlənir və yenilik meyarlarına cavab vermir.

İsveçrə şirkəti 2006-cı ildən bu dərmana patent almağa çalışır.

Məlumatlara görə, “Sərhədsiz həkimlər” kimi təşkilatlar Məhkəmənin qərarını dəstəkləyir.
Onlar hesab edir ki, patentin verilməsi milyonlarla kasıb xəstənin bu dərmanı daha ucuz qiymətə almasını məhdudlaşdıra bilər.
XS
SM
MD
LG