Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 01:12

Aprelin 1-dən şəhərdaxili zənglər üçün yeni qayda


Arxiv foto
-

Aprelin 1-dən Azərbaycanda şəhər daxili zənglərlə bağlı yeni yığım qaydasına keçirilir.

Bundan sonra nömrədən öncə həmin bölgənin kodu da yığılacaq. Məsələn, Bakıdan Bakıya zəng etmək üçün əvvəlcə 012, Sumqayıtda 018, ardınca nömrə yığılacaq. Bu sistem bölgələrdə də eyni qaydada işləyəcək.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov AzadlıqRadiosuna deyib ki, bu sistemə keçid beynəlxalq qurumların tövsiyəsidir. Eyni zamanda, yeni qayda ölkədə nömrə tutumluluğunu artırmağa imkan yaradacaq.

Əslində, bu yeni qayda deyil. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytında yazılıb: «Telekommunikasiya şəbəkəsinin vahid nömrələmə sisteminə keçirilməsi üçün 2011-ci ildən etibarən yeni zona kodlarının tətbiqinə başlayıb.

İndiyədək respublikada yeni yığım formatı ilə paralel olaraq köhnə yığım qaydası da istifadə edilirdi. Ancaq aprelin 1-dən köhnə yığım qaydası tam dayandırılacaq».

Yeni yığım formatı ilə bağlı əlavə məlumat nazirliyin saytında yerləşdirilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG