Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:54

İtaliyada siyasi böhran davam edir


Giorgio Napolitano
İtaliyada yeni hökumətin yaradılması ilə xüsusi komisiya məşğul olacaq.

Bunu ölkə prezidenti Giorgio Napolitano bəyan edib.
Prezident hökumətin tərkibinin bir qədər gec elan ediləcəyini deyur.

O həmçinin prezidentlikdən vaxtından əvvəl getmək fikrində olmadığını qeyd edib.
Napolitanonun prezidentlik müddəti mayın sonunda bitir.
Ekspertlər hesab edir ki, prezidentin yeni hökumətlə bağlı dünən siyasi partiya liderləri ilə apardığı danışıqlar nəticə verməyib.

Bu ilin fevralında keçirilən parlament seçkisində siyasi partiyalardan heç biri qəti qələbə qazanmadığından ölkədə siyasi böhran yaranıb.
Siyasi partiyalar koalision hökumət yaradılmasında bir araya gələ bilmirlər.
XS
SM
MD
LG