Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Mart, çərşənbə, Bakı vaxtı 06:36

Moskva Vaşinqtonu onun daxili işinə qarışmaq istəməkdə günahlandırır


Foto arxiv
Moskva hesab edir ki, Vaşinqtonun Rusiyadakı qeyri-hökumət təşkilatlarının yoxlanmasına münasibəti onun Rusiyanın daxili işlərinə qarışmaq istəməsindən xəbər verir.

Bunu Rusiya xarici işlər nazirliyinin nümayəndəsi Aleksandr Lukashevic deyib.
Onun şərhi nazirliyin rəsmi saytında da yerləşdirilib.

Amnesty İnternational təşkilatının Rusiya şöbəsi də daxil olmaqla, son həftə Rusiyadakı bir sıra qeyri-hökumət təşkilatının ofislərində yoxlama aparıb.

Bu yaxınlarda Rusiyada xaricdən maliyyə dəstəyi alan QHT-lərin casus hesab edilməsini nəzərdə tutan qanun qəbul edilib.
XS
SM
MD
LG