Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:01

Pakistanda 2 partlayış törədilib


Foto arxiv
Foto arxiv
Pakistanın şimal-qərbində törədilmiş partlayışda 1 polis ölüb, 2 polis də daxil olmaqla 6 nəfər yaralanıb.

France-Presse agentliyinin yerli polisə istinadla verdiyi məlumata görə, intiharçı özünü patrul maşınının yanında partladıb.
İnsident Pişəvarın yaxınlığında yerləşən Katalanq şəhərindəki bazarda baş verib.

Elə bu gün Pişəvarın özündə qeyri-hökumət təşkilatının ofisi ətrafında partlayış törədilib.
Amma xəsarət alan olmayıb.

Bu təşkilat qadın hüquqlarının müdafiəsi və seçki məsələləri sahəsində fəaliyyət göstərirmiş.
XS
SM
MD
LG