Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:49

Şimali Koreya Seulla müharibə vəziyyətinə girdiyini deyir


Foto arxiv
Foto arxiv
Şimali Koreya Cənubi Koreya ilə müharibə vəziyyətinə girdiyini bildirib.
Bunu bu gün Şimali Koreyanın Dövlət televiziyası bəyan edib.

Bəyanatda xəbərdarlıq edilir ki, istənilən hətbi təxribat genişmiqyaslı münaqişə və nüvə müharibəsinə səbəb ola bilər.

Şimali Koreya bu günlərdə BMT təhlükəsizlik şurasının ona qarşı tətbiq etdiyi yeni sanksiyalar və ABŞ-la Cənubi Koreyanın regionda keçirdiyi birgə hərbi təlimlərə cavab olaraq 1953-cü ildə əldə edilmiş barışıq razılaşmasından çıxdığını bəyan edib.

Cənubi Koreya hökuməti şimalın son bəyanatının təxribatçı hədələrin davam etməsi kimi qiymətləndirib.

ABŞ milli təhlükəsizlik şurasının mətbuat katibi Keytlin Heyden (Caitlin Hayden) Şimali Koreyanın bəyanatının tanış səhnə adlandırıb və Vaşinqtonun əlavə tədbirlər gördüyünü bəyan edib.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov isə cümə günü xəbərdarlıq edib ki, vəziyyət spiral şəkilli böhrana çevrilə bilər.

Şimali Koreya bu günlərdə strateji raketlərini ABŞ-ın Havay adasındakı hərbi bazası və onun əsas ərazilərinə yönəltdiyini bəyan edib.
XS
SM
MD
LG