Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:02

Belorusda yəhudi lider həbsdən azad edilib



Belorus məhkəməsi martın 29-da yəhudi assosiasiyasının lideri Yury Dorn-un iki il müddətinə islah əmək düşərgəsinə göndərilməsi barədə qərar çıxarıb. Amma hökmdə həm də onun indiyə qədər həbsdə saxlandığı hər günün islah əmək düşərgəsinin iki günü qədər hesablanması qeyd edilir. Bu hesabla da Yuy Dorn artıq cəzasını çəkmiş olub və məhkəmə zalından azad edilib.

Belorusda yəhudi icmasının rəhbəri vergidən yayınmaq ittihamı ilə keçən il həbs edilmişdi. Prokurorlar onu həm də saxtakarlıqda, yəhudi tarixinə dair qədim binanı söküb hissələrini ABŞ-a göndərməkdə ittiham edirdilər.

Məhkəmə zamanı vergidən yayınmaqdan başqa ona qarşı bütün ittihamlar ləğv edilmişdi.
XS
SM
MD
LG