Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:35

Kiprin prezidenti müflis olmaqdan qurtulduqlarını deyir


Kipr Respublikasının prezidenti Nicos Anastasiades bildirir ki, onun ölkəsi müflis olmaqdan qurtardı və avrozonanı tərk etməyəcək. Bu həftənin əvvəlində Kipr Avropa Birliyindən ona lazım olan təcili 10 milyard avroluq yardımla bağlı razılaşma əldə edib.

Prezident onu da əlavə edib ki, Avropa Birliyi onun ölkəsinə görünməmiş şərtlər qarşılığında yardım edib.

Bu razılaşmanın tərkib hissəsi kimi Kipr Respublikası kapitalın hərəkətinə məhdudiyyətlər tətbiq edib.
XS
SM
MD
LG