Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:54

Moskva Koreya yarımadasında vəziyyətin nəzarətdən çıxa biləcəyini deyir



Rusiyanın Xarici İşlər naziri Sergei lavrov Şimali Koreya ilə ABŞ arasında gərginliyin nəzarətdən çıxa biləcəyi barədə xəbərdarlıq edib. Lavrov tərəfləri təmkinli davranışa çağırıb.

Lavrovun bəyanatı Şimali Koreyanın raketlərini ABŞ hədəflərinə tuşladığı barədə xəbərlərdən sonra səslənib.

Martın 29-da Şimali Koreyanın dövlət televiziyası bildirib ki, ölkə lideri raketlərin ABŞ ərazisindəki hədəflərə, eləcə də ABŞ-ın Sakit ocean və Cənubi Koreyadakı bazalarına tuşlanmasına göstəriş verib.

Bundan əvvəl isə ABŞ Cənubi Koreya ilə birgə keçirdiyi hərbi təlim çərçivəsində 2 bombardmançı təyyarəsinin Koreya yarımadası üzərindən uçduğunu təsdiqləyib.

Bu yaxınlarda Şimali Koreyanın 3-cü dəfə nüvə sınaqları həyata keçirməsindən sonra Koreya yarımadası regionunda vəziyyət gərginləşib.
XS
SM
MD
LG