Keçid linkləri

Təcili xəbərlər
2021, 14 Aprel, çərşənbə, Bakı vaxtı 02:52

İran, Şimali Koreya və Suriya BMT-nin silah satışı razılaşmasını əngəlləyir



Martın 29-da silah satışına dair beynəlxalq müqavilənin BMT-də qəbulu mümkün olmayıb. Iran, Şimali Koreya və Suriya razılaşma əldə olunmasını əngəlləyiblər. Sənədin qəbulu üçün BMT-nin üzvü olan 193 ölkənin hamısını onu dəstəkləməsi lazımdır.

İran və Şimali Koreya özlərinin mübahisəli nüvə proqramlarına görə BMT-nin silah embarqosu altındadırlar. Suriyada isə 2 ildən çoxdur vətəndaş müharibəsindədir.

İranın BMT-dəki səfiri Mohammed Khazaee BMT-də çıxışında deyib ki, bu sənəd təcavüzkarlara silah verilməsinin qarşısını ala bilmədiyi üçün onun əleyhinə səs verirlər:

- Təəssüf ki, bir çox ölkələr balanslı, ayrıseçkiliyə yol verməyən bir razılaşmanın əldə olunmasında səmimi deyillər.

Təklif olunan sənəd silah satan ölkələrin onun insan haqları pozuntusu, terrorizm və humanitar qanunların pozulmasında istifadə olunmayacağına təminat tələb etməsini nəzərdə tuturdu. İllik qlobal silah ticarətinin təxminən 60 milyard dollardan çox oladuğu guman edilir.
XS
SM
MD
LG