Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:26

BMT Türkiyədəki Suriya qaçqınlarından narahatdır


Foto arxiv
Foto arxiv
BMT-nin qaçqınlar üzrə idarəsi Suriya qaçqınlarının Türkiyədən çıxarılması xəbərindən dərin narahatdır.

Reuters agentliyi bu gün Türkiyə rəhbərliyindəki anonim mənbəə istinadla yüzlərlə məcburi köçkünün Suriyaya göndərildiyini xəbər verib.

Buna səbəb kimi qaçqın düşərgəsində polislə qaçqınlar arasında baş verən toqquşma göstərilir.
Suriya qaçqınları düşərgədə həyat şəraitinin pisliyinə etiraz olaraq aksiya keçiriblər.

Türkiyənin xarici işlər nazirliyi isə qaçqınların düşərgədən zorla çıxarılmasını təkzib edib.
Nazirlik eyni zamanda 50-6- qaçqının könüllü vətənlərinə döndüyünü bildirir.
XS
SM
MD
LG