Keçid linkləri

2017, 28 İyul, Cümə, Bakı vaxtı 15:21

İslam Karimov Qazaxıstanın xarici işlər nazirini qəbul edib


Islam Karimov və Erlan Idrisov
Özvbəkistan prezidenti İslam Karimov bu gün Daşkəntdə Qazaxıstanın xarici işlər naziri Yrlan İdrisovu qəbul edib.

Bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti xəbər verir.

Son günlər onun səhətinin pisləşməsi barədə məlumatlar dolaşırdı.
O martın 19-u Novruz bayramından sonra ictimaiyyət arasında görünmürdü.

Xaricdə fəaliyyət göstərən müxalifət qrupu onun ürək tutması keçirdiyini deyirdi.

Amma prezidentin qızı Gulnara Karimova çərşəmnbə axşamı bu məlumatı təkzib etmişdi.

Keçmiş Kommunist partiyasının lideri 75 yaşlı Karimov 25 ildir ki, ölkəni idarə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG