Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:54

Vəkil həbsdə olan «N!DA»çı ilə görüşüb


-
Martın 27-də vəkil Əshabəli Mustafayev Bakı İstintaq Təcridxanasında saxlanan «N!DA» Vətəndaş Hərəkatının üzvü Rəşad Həsənovla görüşüb:

«Rəşad təcridxanaya köçürüləndən sonra onunla bağlı hər hansı istintaq hərəkəti aparılmadığını dedi. Onu «molotov kokteyli» hazırlamaqda, silah saxlamaqda ittiham etsələr də, ortada bunu ona birbaşa deyən hər hansı şahid ifadəsi, hər hansı sübut yoxdur. Azərbaycanda o qədər belə hallar olur ki, insanı əsasız, sübutsuz, gümanlar əsasında saxlayırlar. Söhbət zamanı saxlanma şəraitindən, səhhətindən hər hansı şikayət səsləndirmədi».

Rəşad Həsənov martın 14-də evlərinin yanında saxlanıb. Ona CM-nin 228.3-cü (odlu ov silahı, partlayıcı maddələr əldə etmə, satma, saxlama, daşıma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İttihamlar təsdiqlənərsə, o, 5 ildən 8 ilə qədər azadlıqdan məhrum edilə bilər.

«N!DA» Vətəndaş Hərəkatı üzvlərinin həbsini «siyasi sifariş» adlandırır.
XS
SM
MD
LG