Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:14

Suriya müxalifət kolaisiyası ilk səfirliyini açıb


Foto arxiv
Foto arxiv
Ərəb Dövlətləri Liqasının tanıdığı Suriya müxalifət koalisiyası Qətərdə ilk səfirliyini açıb.

Koalisiyanın getməkdə olan rəhbəri Moaz al Khatib açılış mərasimindən istifadə edərək Qərbi Bashar Assad rejimini yıxmaq üçün üsyançılara lazımınca kömək etməməkdə tənqid edib.
O bu həftə isteva versə də hələ ki səlahiyyətlərini icra edir.

Qətərdə keçirilən sammitdə Suriyanı müxalifət kolaisiyası təmsil edib.
Rusiya bunu daha bir “Suriya əleyhinə addım” adlandırıb və Ərəb Dövlətləri Liqasının üsyançılara hərbi yardım qərarının beynəlxalq qanunlara zidd olduğunu bəyan edib.

2 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbi ilə silahlı mübarizə gedir.

BMT bu müddət ərzində 70 mindən çox adamın öldüyünü deyir.
XS
SM
MD
LG