Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:09

Bakıda kriminal avtoritet saxlanılıb


Foto arxiv
Foto arxiv
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA- ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini, əvvəllər məhkum olunan və kriminal avtoritet kimi tanınan Rafiq Eyvazov martın 27-də paytaxtın Nəsimi rayonunda saxlanılıb.

Üzərinə baxış zamanı ondan "Makarov" tipli tapança aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.
XS
SM
MD
LG