Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:40

Pxenyan Seulla hərbi rabitəni kəsib


Şimali Koreya Cənubi Koreya ilə hərbi rabitəni kəsib və bəyan edib ki, istənilən vaxt müharibə baş verə bilər.

Bunun səbəbini ABŞ-la Cənubi Koreyanın regionda keçirdiyi birgə hərbi təlim və BMT-nin Pxenyana qarşı tətbiq etdiyi yeni sanksiyalarla bağlayırlar.

Şimali Koreya bu hərbi təlimlərə görə strateji raketlərini ABŞ-ın Havay adasındakı Quam bazası və ABŞ-ın əsas ərazilərinə tuşladığını deyir.
Həmçinin Pxenyan bu gün Cənubi Koreya prezidenti Park Kın Hini (Park Geun-hye) faciədən qaçmaq üçün özünü təmkinli aparmağa çağırıb.

ABŞ-ın müdafiə nazirliyi isə istənilən hala hazır olduğunu bəyan edib.
XS
SM
MD
LG