Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:52

AXCP üzvləri Ağstafadan çıxarılıb


AXCP üzvlərinin Qazaxda müşavirəsi
AXCP üzvlərinin Qazaxda müşavirəsi
-


Martın 26-da Qazax rayon təşkilatının müşavirəsindən sonra Ağstafada gecələmək istəyən cəbhəçiləri polis rayonda qalmağa qoymayıb. Bu barədə AzadlıqRadiosuna partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilov məlumat verib:

«Partiyanın Qazax rayon şöbəsinin müşavirəsindən sonra bizi rayon polisi Ağstafaya qədər müşayiət etdi. Hər hansı insident olmasa da mülkigeyimlilər bizi sona qədər yolda, yeməkxanada nəzarətsiz qoymadılar. Ağstafada qalacağımız evdə şam yeməyi yeyərkən, bir polis və bir mülki geyimli həmin evə gəldi. Onlar pasport rejimini yoxlamaq üçün gəldiklərini dedilər. Biz də etiraz etmədik, pasportlarımızı verdik qeydiyyata aldılar. Üstündən 20 dəqiqə keçməmişdi ki, 40-a yaxın polis gəldi bizi şöbəyə apardı. İzahat alandan sonra bizi rayondan çıxartdılar».

Ağstafa rayon polis şöbəsinin rəis müavini Əli Qafarov AzadlıqRadiosuna bildirib ki, AXCP üzvləri ilə bağlı rayonun Qıraq Kəsəmən kəndindən onlara şikayət daxil olub. Elə bu səbəbdən də Bakıdan rayona səfər edən 8 partiya üzvü polisə çağırılıb:

«Qıraq Kəsəmən kəndindən bir qadın bizə zəng edib, bir qrup adamın kənddə səs-küy saldığını deyib. Bundan sonra mən əməliyyat qrupu ilə həmin kənddə olmuşam. Həmin adamlarla danışdıq ki, səs-küy etməsinlər».

Partiya üzvlərinin rayondan çıxarılmasına gəlincə, rəis müavini bunu təkzib edir. Deyir, həmin şəxslər özləri Ağstafada qalmaq istəməyiblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG