Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 06:31

John Kerry gözlənilmədən Əfqanıstana gedib


ABŞ Dövlət katibi John Kerry Əfqanıstana əvvəlcədən elan olunmamış səfərə gəlib. Bu, onun Əfqanıstana Dövlət katibi kimi ilk səfəridir.
Kerry Əfqanıstan prezidenti Karzai ilə 2014-cü ilə ABŞ və NATO qoşunları çıxandan sonra təhlükəsizliyə məsuliyyətin Əfqanıstan hökumətinə verilməsini müzakirə edəcək.

İki gün qabaq ABŞ Bagram hava limanındakı təcridxana üzərində nəzarətini Əfqanıstana verdiyini elan etdi.
Bu, əslində martın 9-da olmalı idi, ancaq ABŞ qoşunları üçün təhlükəli ola biləcək məhbusların verilməsində Kabil və Vaşinqton razılığa gələ bilməmişdi və bu, təxirə salındı.
XS
SM
MD
LG