Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:35

Jon Kerry B. Netanyahu və M. Abbasla görüşüb


ABŞ dövlət katibi Jon Kerry
ABŞ dövlət katibi Jon Kerry
-
ABŞ dövlət katibi Jon Kerry İsrailin baş naziri Benjamin Netanyahu və Fələstinin rəhbəri Mahmud Abbasla görüşlər keçirib.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, qeyd olunan görüşlərdən sonra heç bir rəsmi şərh verilməyib.
Jon Kerrynin Mahmud Abbasla görüşü İordaniyada baş tutub.

Fələstin liderinin ətrafında olan anonim mənbənin verdiyi xəbərə görə, J.Kerry və M.Abbas ərəb-israil sülh danışıqları məsələsində kompromisə nail olmağa cəhd ediblər. Bununla belə mənbə qeyd edib ki, İsraillə dialoqun bərpasında sürətli irəliləyişi gözləməyə dəyməz. Xatırladaq ki, danışıqlar 2010-cu ilin sonlarından dondurulub. Buna səbəb İsrailin Fələstin ərazilərində tikinti işlərinin davam etməsi olub.
Jon Kerrynin İsrailin baş naziri Benjamin Netanyahu ilə görüşün təfərrüatları açıqlanmır.
ABŞ dövlət katibi ölkə prezidenti Barak Obamanı İsrailə üçgünlük səfəri zamanı (20-22 mart) müşayiət edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG