Keçid linkləri

Təcili xəbərlər
2021, 16 May, bazar, Bakı vaxtı 11:10

Belarus müxalifəti Minskdə aksiya keçirib


Minskdə nümayiş
Belarus müxalifətinin yüzlərlə üzvü “Azadlıq günü” münasibəti ilə paytaxt Minskdə nümayişə çıxıb.

1918-ci ilin martında ilk müstəqil Belarus dövləti elan edilib.

Aksiyanı “Belarus xalq cəbhəsi” və “Azadlıq uğrunda hərəkat” da daxil olmaqla bir neçə müxalifət qrupu təşkil edib.
Məlumatlara görə, aksiyada tarixi ağ-qırmızı bayraqlar qaldırılıb.

Bu bayraq 1995-ci ildə referendumla qadağan edilib və yeni milli simvollar və bayraq yaradılıb.

Bir sıra aksiyaçılar siyasi məhbusların portiretlərini qaldırıb və onların azad edilməsini tələb ediblər.

Hakimiyyət aksiyaya icazə versə də köhnə bayraqların qaldırılmasına qarşı olub.
AzadlıqRadiosunun Belarus xidməti azı 8 nəfərin saxlandığını xəbər verir.
XS
SM
MD
LG