Keçid linkləri

2017, 17 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:23

Kadırov futbol hakimini çıxmaqla, hamıdan üzr istəyir - [Video]


Hakim Mikhail Vilkov Terekin oyunçusu Rizvan Utsiyevə qırmızı vərəqə göstərir
-

Çeçenistan lideri Ramzan Kadırov futbol hakimini təhqir etdiyinə görə hakimdən başqa hamıdan üzr istəyib.

Qroznıda bazar günü yerli “Terek” klubu ilə Kazanın “Rubin” klubunun görüşündə Ramzan Kadırov stadiondakı səsgücləndiricilərdən istifadə edərək hakimi təhqir etməyə başlayıb, o, hakimi “satılmış” adlandırıb.

Kadırovun qəzəbinə səbəb futbol hakiminin “Terek”in oyunçularından birini 87-ci dəqiqədə oyundan qovması olub.

0-0 hesabı ilə başa çatan oyundan sonra Kadırov özünü belə apardığına görə futbol aləmindən üzr istədiyini bildirib, ancaq xüsusi qeyd edir ki, futbol hakimindən üzr istəmir.

Əksinə , Kadırov hakimin meydanda özünü niyə belə apardığını araşdırmaq üçün xüsusi istintaqa başlayacağını bildirir.

Rusiya Futbol Federasiyası Kadırovla bağlı incident barədə şərh verməkdən imtina edib.

VİDEO:

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG