Keçid linkləri

2017, 21 İyul, Cümə, Bakı vaxtı 10:55

Məcburi köçkünlər BDU-nun yataqxanasından köçürülür


Arxiv foto
-

Bakı Dövlət Universitetinin yataqxanalarında məskunlaşan məcburi köçkünlərin köçürülməsinə başlanılıb.

Bu barədə AzadlıqRadiosuna Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov məlumat verib.

Onun dediyinə görə, köçürülməyə martın 12-dən başlanılıb.

«Universitetinin tələbə şəhərciyindən köçürülənlər Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində salınan yeni şəhərciyə yerləşdirilir. Burda məcburi köçkünlər üçün 1440 mənzil tikilib».

E. Qədimov deyir ki, növbəti mərhələdə Binəqədi rayonundakı Təcili Tibbi Yardım stansiyasının yarımçıq binasında məskunlaşan ailələrin köçürülməsinə başlanacaq. Onlar da Müşfiqabaddakı şəhərcikdə yerləşdiriləcək.

1993-cü ildən bəri Bakı Dövlət Universitetinin 7 yataqxanasında ümumilikdə 700-dən çox məcburi köçkün ailəsi məskunlaşıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG