Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:35

Qərb bölgəsinə daha 230 baş cins mal-qara gətirilib


«Aqrolizinq» Almaniyadan inəklər gətirib
«Aqrolizinq» Almaniyadan inəklər gətirib

Bu barədə məlumatı «Aqrolizinq» ASC-nin şöbə müdiri Kamil Şamilov verib.

Yeni 230 baş cins inək Almaniyadan gətirilib və hazırda Gəncə Regional bazada karantin vaxtını keçirir.

Qərb bölgəsinə indiyədək 2115 sayda cins mal qara gətirilib. Lakin balalarla birlikdə mal-qaranın sayı 2 min 450-yə çatıb.

K. Şamilov deyir ki, müqavilə əsasında ötən il respublikaya 3020 baş cins inək gətirilməli idi. Onlardan artıq 2650 başı gətirilib. Qalanları isə martın sonuna qədər gətiriləcək.

O, cins inəklərə ölkədə tələbatın artığını və bu il ətlik və südlük istiqamətli inəklərin gətirilib, təsərrüfat sahiblərinə lizinq yolu ilə satılacağını bildirib.

Gətirilən heyvanın dəyərinin 50 faizini dövlət ödəyir. Qalan 50 faiz pulun yarısını isə fermerlər nağd ödəyir. Qalan vəsait isə 3 il müddətinə lizinq yolu ilə ödənilir.
XS
SM
MD
LG