Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:37

Dəmiryolu Novruz Bayramı günlərində gücləndirilmiş rejimdə işləyəcək


«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti Novruz bayramı münasibətilə gücləndirilmiş iş rejiminə keçəcək.

Trend-ə verilən məlumata görə, bayram və istirahət günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlar dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər.

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları departamentinin kollektivi qarşıdan gələn Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində işləyəcək.

Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək.

QSC bir daha sərnişinlərin nəzərinə çatdırır ki, sərnişin qatarlarına 10 gün qabaqcadan bilet satışı həyata keçirilir. Əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.
XS
SM
MD
LG