Keçid linkləri

Təcili xəbərlər
2021, 09 May, bazar, Bakı vaxtı 00:41

Pakistanda kişi daşqalaq edilib



Pakistanın təhlükəsizlik qüvvələri ölkənin kurram əyalətində evlənmək üçün qız qaçıran bir kişinin daşqalaq edilərək öldürüldüyünü bildirirlər. Adının açıqlanmasını istəməyn bir rəsmi AzadlıqRadiosunun Pakistan xidmətinə deyib ki, orduda qulluq edən həmin kişi əyalət qəbirstanlığında daşqalaq edilərək öldürülüb. Amma qıza xəsarət yetirilməyib.

Təhlükəsizlik işçisi cinayətin qarşısını almağa çalışsalar da yerli şiə qrupların buna mane olduqlarını deyib.

Hələlik Pakistan ordusundan bu hadisə barədə heç bir rəsmi məlumat verilməyib.
Əhalisinin əksəriyyətini şiə müsəlmanlar təşkil edən bu əyalətdə hökm sürət qəbilə qaydalarına görə ailənin razılığı olmadan evlənmə bəzi hallarda namusun qorunması arqumenti ilə ölümlə cəzalandırılır.
XS
SM
MD
LG