Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:57

Martın 13-də havanın temperaturu 23 dərəcəyə çatacaq



Martın 13-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində havanın temperaturu 23 dərəcəyə çatacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gün ərzində əsən mülayim cənub küləyi axşam şimal küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 15-20 dərəcə olacaq.

Martın 13-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 16-21, bəzi yerlərdə 24 dərəcəyədək isti, dağlarda gecə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 12-16, bəzi yerlərdə 18 dərəcəyədək isti olacağı gözlənilir.
XS
SM
MD
LG