Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:54

Ə. Həsənov: «Razılaşdırılmamış aksiyaların qarşısı bundan sonra da alınacaq»


Əli Həsənov
Əli Həsənov
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov son vaxtlar Bakıda razılaşdırılmamış aksiyaların keçirilməsinə münasibət bildirib.

APA-nın xəbərinə görə, Ə. Həsənov razılaşdırılmamış aksiyaların qarşısının bundan sonra da alınacağını deyib:

«Düşünmürəm ki, bu, münasibət bildirmək üçün ciddi məsələdir. Azərbaycan Respublikasında sərbəst toplaşmaq, insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı qanunvericilik var. Qanunvericilik çərçivəsində həyata keçirilən bütün tədbirlərə razılıq verilir. Yerlər müəyyən olunub, qeyri-qanuni, razılaşdırılmamış aksiyaların qarşısı isə alınır, bundan sonra da alınacaq».
XS
SM
MD
LG