Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:46

Böyük Britaniya xarici işlər nazirinin müavini Azərbaycana gələcək


Böyük Britaniya xarici işlər nazirinin müavini, diplomatik xidmətin rəhbəri Simon Fraser martın 14-də Azərbaycana gələcək.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, S. Fraser Bakıya Ermənistan və Gürcüstana səfərlərini başa vurduqdan sonra gələcək.

Regiona səfəri çərçivəsində Böyük Britaniya xarici işlər nazirinin müavini hər üç ölkənin rəsmiləri ilə ikitərəfli əməkdaşlıq, bu ölkələrin Avropa Birliyi ilə əməkdaşlığı, ticarət, energetika və investisiyalar məsələlərini müzakirə edəcək.

S. Fraser Böyük Britaniyanın xarici işlər naziri William Hague-ın xarici siyasət məsələləri üzrə baş müşaviridir və ölkənin xaricdəki nümayəndəliklərinin fəaliyyətinə cavabdehlik daşıyır.
XS
SM
MD
LG