Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Noyabr, bazar, Bakı vaxtı 03:04

Şimali Koreya mətbuatı Pxenyanın müharibəyə hazır olduğunu yazır


Şimali Koreyanın “Rodong Sinmun” qəzeti Pxenyanın bütün gücü ilə ABŞ və Cənubi Koreyaya qarşı müharibəyə hazır olduğunu yazır.

Qəzet stratreji raket qoşunları da daxil olmaqla ordunun hazır vəziyyətə gətirildiyini və yalnız hücum üçün son əmr gözlədiyini qeyd edir.

BMT-nin təhlükəsizlik şurası bu günlərdə nüvə sınağı keçirdiyinə görə Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Pxenyan isə buna cavab olaraq Koreya müharibəsinin sonunda imzalanmış müqavilədən çıxacağını bəyan edib.

ABŞ-la Cənubi Koreya bazar ertəsi yarmadada birgə hərbi təlimlərə başlayır.
XS
SM
MD
LG