Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:40

Myanma müxalifəti seçkiyə hazırlaşır


Myanmada müxalifət lideri Aung San Suu Kyi “Demokratiya uğrunda milli liqa” partiyasının sədri seçilib.

Yanqonda keçirilən qurultayda partiyanın 2015-ci ildə keçiriləcək seçkilərə hazırlaşması qərara alınıb.

67 yaşlı partiya lideri gəncləri ölkənin həyatında fəal iştirak etməyə çağırıb.
Bu partiya təxminən 25 ildir ki, fəaliyyət göstərir.
Amma partiyanın fəaliyyəti bu müddət ərzində ya qadağan edilib, ya da məhdud fəaliyyət göstərib.

Son illərdə ölkədə siyasi islahatlar həyata keçirilir və müxalifət 2012-ci ildə keçirilən parlament seçkisinə qtılaraq 43 yer qazanıb.
Amma hərbi rəhbərliyin dəstəklədiyi partiya parlamentdə çoxluq təşkil edir.
XS
SM
MD
LG