Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:34

Gürcüstanın müdafiə naziri Azərbaycana gəlir


Irakli Alasania
Irakli Alasania
Gürcüstanın müdafiə naziri İrakli Alasaniya martın 18-də Azərbaycana səfərə gələcək.
Bunu APA-nın Gürcüstan müxbirinə Alasaniyanın özü deyib.

İrakli Alasaniya Azərbaycanla hərbi əməkdaşlıq çərçivəsində hərbi təlimlər planlaşdırıldığını və təcrübə mübadiləsi aparacaqlarını bildirib.

Ermənistanın Xocalı aeroportunu işə salmaq planı və Qarabağ münaqişəsinin həlli ilə bağlı Gürcüstanın mövqeyinə gəldikdə isə İrakli Alasaniya bildirib ki, Gürcüstan Cənubi Qafqazdakı bütün münaqişə və problemlər, o cümlədən Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinin tərəfdarıdır.
XS
SM
MD
LG