Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:11

Chavezin cəsədini muzeyə qoyacaqlar


Foto arxiv
Foto arxiv
Venesuelada prezidentin səlahiyyətləri rəsmi şəkildə müvəqqəti vitse-prezident Nicolas Maduroya keçib.
Dünən onun andiçmə mərasimi mkeçirilib.

Mərhum prezident Chavezin tərəfdarları Maduroya dəstək nümayiş etdirmək üçün Milli Assambleyanın qarşısına yığışıblar.

Məlumatlara görə, Hugo Chavez vəfat etməzdən əvvəl vəsiyyət edib ki, onun seçildiyi son 6 illik prezidentlik müddətini Maduro başa vursun.

Amma müxalifət buna qarşı çıxır.
Ölkə konstitusiyasına görə prezident öləndə onun səlahiyyətləri parlamentin sədrinə keçməlidir.

30 gün ərzində Venesuelada prezident seçkisi keçirilməlidir.

Dünən Venesuelada Hugo Chavezlə rəsmi vida mərasimi keçirilib.
Mərasimdə onlarla ölkə lideri və diplomatları iştirak edib.

Ölkə rəhbərliyi Chavezin cəsədinin balzamlanıb hərbi-tarix muzeyində şüşə qutuya qoyulacağını bildirib.

58 yaşlı Chavez martın 5-də uzun sürən xərcəng xəstəliyindən sonra vəvat edib.
14 il idi ki,ölkəni o idarə edirdi.
XS
SM
MD
LG