Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:35

İlham Əliyev Xorvatiyaya gedir


-
Prezident İlham Əliyev martın 11-12-də Xorvatiyada rəsmi səfərdə olacaq.

Səfər çərçivəsində Azərbaycan prezidenti xorvatiyalı həmkarı Ivo Josipović, parlamentin sədri Josip Leko, baş nazir Zoran Milanović və yerli sahibkarlarla görüşəcək.

Görüşlər zamanı ikitərəfli əlaqələrin inkişafı, o cümlədən Xorvatiyanın Avropa Birliyinə üzvlüyü, iqtisadiyyat, mədəniyyət, elm və turizm sahələrində əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunacaq.

Səfər zamanı Azərbaycan prezidentini xarici işlər, iqtisadi inkişaf, mədəniyyət və turizm nazirləri müşayiət edəcək. /apa/
XS
SM
MD
LG