ABŞ Dövlət katibinin innovasiyalar üzrə məsləhətçisi Alec Ross Çin və Rusiyanın internet üzərində nəzarəti gücləndirmək üçün bahalı texnologiyalar aldığını bildirir.
Onun sözlərinə görə bəzi Yaxın Şərq ölkələrinin, o cümlədən Rusiya və Çinin internetə nəzarətə getdikcə daha çox can atır, buna imkan verən avadanlıqlara milyardlarla dollar pul xərcləyirlər.
Alec Ross avtoritar rejimlərin vətəndaşlar nəzarətdə saxlamaq cəhdlərinin xüsusilə 2009-cu ildə İranda prezident seçkisindən sonra baş vermiş qarşıdurmadan sonra daha da genişləndiyini deyir.