Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:53

Şimali Koreya rəqibi Cənubi Koreya ilə bütün razılaşmalardan çıxdı



Şimali Koreya rəqibi olan Cəunbi Koreya ilə təcavüzkarlığa yol verməmək və fövqəladə hallar üçün qaynar xəttin yaradılmasına dair paktdan çıxdığını bəyan edib.

Şimali Koreyada yaradılmış Koreyanın Sülh yolu ilə Birləşdirilməsi Komitəsi yaydığı rəsmi məlumatda bildirir ki, Birləşmiş ştatların himayə etdiyi Cənubi Koreya ilə imzalanmış və təcavüzkarlığa yol verməməyi nəzərdə tutan bütün razılaşmalardan çıxır. Şimali Koreya həmçinin fövqəladə hallarda Cənubla ünsiyyəti nəzərdə tutan bütün kommunikasiya vasitələrini də ləğv edir.

Şimali Koreyanın bu qərarı BMT Təhülkəsizlik Şurasının martın 7-də bu ölkəyə qarşı qəbul etdiyi yeni sanksiyalardan dərhal sonra elan edilib. BMT fevralın 12-də 3-cü nüvə sınaqları keçirən Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirməyi nəzərdə tutaqn qərar qəbul edib.

Şimali Koreya Cənubla razılaşmaları ləğv etməklə yanaşı, ABŞ-ı da qabaqlayıcı nüvə zərbələri ilə hədələyib.

Ağ Ev hədələrə cavabında bildirib ki, ABŞ özünü Şimali Koreyanın ballistic raketlərindən müdafiə edə biləcəyinə tam əmindir.
XS
SM
MD
LG