Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 04:04

Korrupsiya ittihamları ilə üzləşən Moldova hökuməti istefaya getdi


Baş nazir Vlad Filat parlamentdə onun hökumətinə etimadsızlıq göstərilməsi barədə qərardan sonra zalı tərk edir. 5 mart 2013

Moldovada Baş nazir Vlad Filat-ın hökuməti martın 8-də istefaya gedib. Əslində parlament martın 5-də Filat-ın Qərb yönümlü hökumətinə etimadsızlıq göstərmişdi.

Müxalifətdə olan Kommunist Partiyası hökuməti korrupsiyada ittiham edərək ona etimadsızlıq göstərilməsinə dair səsvermənin keçirilməsinə nail olmuşdu. Bu səsvermədən əvvəl iki partiya Filat-ın koalisiya hökumətindən ayrılmışdı.

İndi president Nicolae Timofti yeni Baş nazir təyin etməli, həmin Baş nazir də yeni hökuməti formalaşdırmağa çalışmalıdır. Yeni hökuməti isə parlament təsdiq etməlidir.

Əgər 45 gün ərzində 3 dəfə yeni hökuməti parlamentdə təsdiqlətmək mümkün olmasa, president parlamenti buraxıb erkən parlament seçkisi təyin etməlidir.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG