Keçid linkləri

Təcili xəbərlər
2020, 02 Dekabr, çərşənbə, Bakı vaxtı 01:34

Konsertdə huşunu itirmiş Bieber-in səhhəti düzəlir



Pop ulduzu Justin Bieber-in sözçüsü bildirir ki, hazırda onun müalicəsi xəstəxanada davam edir və səhhəti getdikcə yaxşılaşır.

19 yaşlı kanadalı ulduz dünən gecə konsert zamanı səhnədə huşunu itirmişdi. Təcili yardım həkimləri onu süni tənəffüs aparatı ilə özünə gitirmişdilər. 20 dəqiqə fasilədən sonra yenidən səhnəyə qayıdıb konserti başa vursa da Bieber konsertdən dərhal xəstəxanaya yerləşdirilmişdi.

“Boyfriend”, “baby” kimi mahnıları beynəlxalq hitə çevrilən gənc ulduz bu həftənin əvvəlində Londonda konsertini də 2 saat ləngitməklə həvəskarlarının qəzəbinə səbəb olmuşdu.
XS
SM
MD
LG