-
Martın 7-də İçərişəhərdə «Arzular divarı» adlı aksiya keçirilib.
Qala divarlarına vurulmuş iki iri ağ parça üzərinə qadınlar arzularını yazıblar. Arzular, istəklər müxtəlif olub: «Qadınlar azad olsun», «15 yaşımda məcburən ərə verildim», «Qardaşımın həyatımı idarə etməsindən bezmişəm», «Qadınlar rüşvət alan ərlərinə evlərinə buraxmasınlar», «İş istəyirəm, tapa bilmirəm» və s.
Aksiyanın təşkilatçısı - «Təmiz Dünya» Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib ki, məqsədləri qadınlar üçün auditoriya yaratmaq, fikirlərini çatdırmaq, həmrəylik bacarıqlarının formalaşmasına yardım etməkdir. Təkliflər səlahiyyətli orqanlara göndəriləcək.
Aksiyada kişilər də iştirak edib. Onlardan biri - Əmrah Həmidov deyib ki, istəyir hamı azad olsun:
«Kişilərin hüquqları kimi qadınların hüquqları tapdalanmasın».