Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:50

İ. Əliyev Venesuela prezidentinin ölümü ilə bağlı başsağlığı verib


Prezident İlham Əliyev Venesuela prezidenti Hugo Chavez-in ölümü ilə bağlı vitse-prezident Nikolas Maduro Moros-a başsağlığı verib.

Başsağlığında deyilir ki, Hugo Chavez həm ölkəsinin inkişafı və xalqının rifahının yüksəlməsi, həm də Latın Amerikası dövlətlərinin həmrəyliyi istiqamətində mühüm işlər görüb:

«İnanıram ki, onun əziz xatirəsi Venesuela xalqının yaddaşında əbədi qalacaqdır. Bu ağır itki ilə əlaqədar sizə, mərhumun ailəsinə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm».

Xəbəri president.az saytı yayıb.
XS
SM
MD
LG