Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 17:24

Bakıda Azərbaycan və Litva xarici işlər nazirlərinin görüşü olub


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Litvanın xarici işlər naziri Linas Linkeviciusun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasındakı əlaqələrin daha da inkişafı, “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq, Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu və Dağlıq Garabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.

Hazırda Avropa Birliyinə Litva sədrlik edir.
XS
SM
MD
LG