Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:48

Gəncədə 6 həkim və 12 orta tibb işçisi sertifikasiyadan keçə bilməyib


Arxiv foto
Arxiv foto
Bu barədə Gəncə şəhər Səhiyyə İdarəsinin rəis müavini Akif Zərbəliyev məlumat verib.

Onun sözlərinə görə, sertifikasiya üçün 226 nəfər həkim müraciət edib və onlardan 6 nəfəri keçə bilməyib.

Akif Zərbəliyev deyir ki, həkimlər təkrar müraciət ediblər. Lakin 1 nəfər həkim işdən azad edilib.

Rəis müavininin sözlərinə görə, eyni zamanda 188 orta tibb işçisinin 12-si imtahandan keçə bilməyib. 5 tibbi işçisi işdən azad edilib.

Akif Zərbəliyev əlavə edir ki, sertifikasiya davam edir. Mərhələli şəkildə bütün tibb işçiləri sertifikasiyadan keçəcək.

Gəncədə ümumən 4 min tibb işçisi var ki, onlardan 1746-sı orta tibb işçisi, 1857 nəfəri kiçik tibb işçisi qalanları isə həkimdir.
XS
SM
MD
LG