Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:18

Rusiya Təhqiqat Komitəsi qətlə yetirilən azərbaycanlı barədə məlumat yayıb


Rusiyanın Federal Təhqiqat Komitəsi paytaxt restoranlarının birində qətlə yetirilən azərbaycanlı barədə məlumat yayıb.

APA-nın məlumatına görə, 45 yaşlı Adil Mahmudovun yerli vaxtla saat 12:40-da “Zakarpatskiye uzorı” restoranında odlu silahla qətlə yetirildiyi bildirilib.
Restorana girən naməlum şəxs orada nahar edən A. Mahmudova dörd dəfə atəş açıb və o yerindəcə keçinib.


Qətli törədən şəxs hadisə yerindən qaçıb.
Təhqiqat Komitəsinin məlumatında bildirilib ki, Adil Mahmudovun üzərindən onun adına olan müxtəlif dövlət strukturlarına aid xidməti sənədlər tapılıb.

Sənədlərin həmin dövlət strukturlarına aid olub-olmaması araşdırılır.

Rusiya mətbuatı Adil Mahmudovun qətlə yetirildiyi zaman polkovnik rütbəli hərbi geyimdə olduğu barədə məlumat yayıb. Onun özünü güc strukturlarının əməkdaşı kimi qələmə verib və tez-tez saxta sənədlərdən istifadə etdiyi bildirilir.
XS
SM
MD
LG