Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:26

Yerevanda etiraz nümayişi keçirilib


Yerevan etiraz nümayişi
Ermənistanın paytaxtı Yerevanda prezident seçkisinin nəticələrinə etiraz olaraq nümayiş keçirilib.

Bazar ertəsi keçirilmiş seçkidə yenidən indiki prezident Serzh Sarkisian qalib gəlib.

Keçmiş xarici işlər naziri Raffi Hobannisianın Azadlıq meydanına yığışan tərəfdarları nəticələrin ləğvini tələb edblər.

Rəsmi məlumata görə Sarkisian seçkidə 58, 64, Hovannisian isə 36,75 faiz səs toplayıb.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashton və birliyin genişlənmə üzrə komissarı Stefan Fule səsvermələr zamanı demokratik tərəqqi olduğunu bəyan etsələr də qeyd edib lər ki, ölkə beynəlxalq müşahidəçilərin aşkar etdiyi qüsurları aradan qaldırmalıdır.
XS
SM
MD
LG