Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:21

Rusiya Suriya münaqişəsində körpü olmağa hazır olduğunu deyir


Sergei Lavrov
Sergei Lavrov
Rusiyanın xarici işlər naziri Sergei Lavrov ölkəsinin Suriya hökuməti ilə müxalifət arasında körpü rolunu oynamağa hazır olduğunu bəyan edib.

O belə bir bəyanatla bu gün Moskvada keçirilən Rusiya-Ərəb sammitindən sonra çıxış edib.

Lavrov qeyd edib ki, əgər Suriyadakı vəziyyət belə davam etsə ölkə dağılacaq.

Lavroq qeyd edib ki, Ərəb Dövlətləri Liqası bu münaqişədə aparıcı rol oynamalıdır.

Hazırda Suriyada hökumət və müxalifət qüvvələri arasında ağır döyüşlər gedir.
BMT 2 illik Suriya münaqişəsində 70 minə yaxın adamın öldürüldüyünü deyir.
Müxalifət prezident Bashar Assadın istefasını tələb edir.
XS
SM
MD
LG