Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:09

Yaxın 2-3 gündə mülayim hava şəraiti davam edəcək


Yanvarın 22-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturu gecə 3-5, gündüz 13-18 dərəcə isti olacaq.

Bölgələrdə də eyni hava şəraiti gözlənilir. Cənub-qərb küləyi əsəcək, bəzi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 4-9, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, bəzi yerlərdə 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.

Yaxın 2-3 gün ərzində yanvar ayı üçün mülayim isti hava şəraiti davam edəcək.

Yanvarın 22-dən 24-dək Abşeron yarımadasında mülayim isti hava şəraiti davam etsə də, arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda diskomfort hissinə səbəb ola bilər.
XS
SM
MD
LG