-
Qusardan 81 nəfəri əvvəlcə Bakıdakı 1 saylı İnzibati İqtisad Məhkəməsinə, indi də Sumqayıt şəhər İnzibati İqtisad Məhkəməsinə çəkib gətirən səbəb torpaqlarına görə onlara ödənilən kompensasiyanın azlığıdır. Rayonda inşa olunan «Şahdağ» Qış-yay Turizm Kompleksi üçün Kuzun kəndi ərazisinə düşən torpaqların hər hektarına 2400 manat ödənilir. Sakinlər narazılıq edirlər. Onların deməsinə görə, onlardan alınan torpaqların real bazar qiyməti ən azı 10 dəfə bahadır.
«ÇÖRƏYİMİZ O TORPAQLARDAN ÇIXIRDI»
Kənd sakini Mirzəbəy Mirzəyev:
- Mal-qara üçün örüş sahəsi də qalmayıb. Əkinlə dolanırdıq, o torpaqlarda əsasən tərəvəz əkirdik, bazara çıxarıb çörəkpulu qazanırdıq. Bundan sonra necə yaşayacağıq, özümüz də bilmirik.
Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər ki, «Şahdağ» Qış-yay Turizm Kompleksinə görə kəndlilərdən alınan torpaqlarla bağlı qiymətlər «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin rəyinə əsasən müəyyən edilib.
Kuzunluların vəkili Anar Qasımlı isə deyir ki, məhkəmədən əvvəl «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyi rəy verib ki, həmin ərazidə 1 sot (hektar yox – red.) torpaq 2400 manatadır. Ancaq məhkəmə vaxtı Birliyin nümayəndəsi hesablama zamanı texniki səhvə yol verildiyini, rəydə hektar əvəzinə sot yazıldığını bildirib. Vəkil isə hesab edir ki, İctimai Birlik əvvəl düzgün rəy verib, sonra sifarişlə öz rəyini dəyişib.
TEXNİKİ SƏHV, YOXSA?
Anar Qasımlı:
- Məhkəmədə biz ekspertdən soruşanda ki, nəyə görə hesablama zamanı bazar qiyməti götürülməyib, bildirdi ki, həmin ərazidə torpaq alqı-satqısı aparılmır deyə, bazar qiymətini müəyyən etmək mümkün deyil. Ancaq bizim əlimizdə 8 alqı-satqı müqaviləsi var. Həmin müqavilələrdə kimisi öz torpağının sotunu 1000 manatdan, kimisi 1500-2000, kimisi də 2500 manatdan satıb.
«Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı isə vəkilin dedikləri ilə razılaşmır:
- Ekspert rəyi məhkəməyə təqdim olunandan sonra, sənəd bizdə arxivləşdirilərkən texniki səhvə yol verildiyi aşkar olundu. Söhbət kənd təsərrüfatı təyinatlı torpaqlardan gedir. Həmin ərazi o qədər də istifadə üçün yararlı deyil. Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqların 1 sotunun qiyməti 2400 manat ola bilməz.
Kuzunlular 1 saylı İnzibati İqtisad Məhkəməsində işə obyektiv baxılmadığını əsas gətirərək həmin məhkəməyə etiraz edəndən sonra iş materialları Sumqayıt İnzibati İqtisad Məhkəməsinə göndərilib. Kuzunlular deyirlər ki, 1 ilə yaxından yollarda qalıblar.
Mirzəbəy Mirzəyev:
- 2 aydan çox Bakı yolunda qaldıq. İndi də Sumqayıt yolunda qalmışıq. O torpağa görə bizə nə pul verəcəklər, bilmirik. Bircə onu bilirik ki, verəcəkləri puldan da artığını bu başdan yollarda xərcləmişik.
- Şəxsən məndən 4.5 hektar torpaq sahəsi götürüblər. Sotunu 24 manatdan hesablayıblar. Heç Afrika cəngəlliklərində də bu qiymətə torpaq yoxdur.
- Bizə də belə ediblər. 4.5 hektar da bizdə idi. İcra başçımız dedi ki, hektarına 2400 manatdan artıq verilə bilməz.
- İndinin özündə də Kuzunda torpağın sotu 2400 manata satılır. Ancaq nəyə görəsə bizə bu məbləği hektara görə hesablayıb verdilər.