Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:41

Vladimir Putinlə Hillary Clinton görüşüblər


Vladivostokda Rusiya prezidenti Vladimir Putin və ABŞ Dövlət katibi Hillary Clinton arasında qısa görüş olub.

Görüş Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutub.

Danışıqların məğzi barədə hələlik ətraflı məlumat verilmir.

Hillari Clinton bundan əvvəl rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Görüşdə Yaxın Şərqdəki vəziyyət və ikitərəfli əlaqələr müzakirə olunub.
XS
SM
MD
LG