Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:22

Xetaq Qazyumov Azərbaycana daha bir medal gətirdi


Foto arxiv
Foto arxiv
Azərbaycan güləşçisi Xetaq Qazyumov London Olimpiadasında bürünc medal qazandı.

O İlk görüşdə tacikistanlı idmançı Rüstəm İsgəndəri ilə qarşılaşıb və hər iki hissədə rəqibini inamla məğlub edib.

Bürünc medal uğrunda mübarizədə isə o iranlı idmançı Məhəmməd Yazdani ilə qarşılaşmalı idi.

Amma rəqib idmançı zədəli olduğundan bu görüşə çıxmaqdan imtina edib və beləliklə,
Qazyumov olimpiadada Azərbaycana 10-cu medalı qazandırdı.

Digər azərbaycanlı güləşçi Cəbrayıl Həsənov isə bürünc medal uğrunda mübarizədə kubalı Livan Lopezlə qarşılaşıb.

İlk hissədə idmançımız 3:0 hesabı ilə qalib gəlsə də, ikinci hissədə 0:2 hesabı ilə uduzub.

Üçüncü hissədə isə Cəbrayıl son saniyələrdə qələbəni əldən verərək bürünc medalı qazana bilməyib.
XS
SM
MD
LG