Keçid linkləri

2017, 24 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 09:37

Türkiyə və İran xarici işlər nazirləri Suriyanı müzakirə edir


Bu gün Ankarada Türkiyənin və İranın xarici işlər nazirləri – Ahmet Davudoğlu ilə Ali Akbar Salehi görüşür. Onlar Suriyadakı vəziyyəti müzakirə edir.

Müzakirələrdə Suriya üsyançılarının Dəməşqdə girov götürdükləri 40-dan çox iranlının taleyinin də müzakirə olunacağı gözlənilir. Budan əvvəl Ali Akbar Salehi problemin yoluna qoyulması üçün Türkiyə və Qətərə müraciət etmişdi.

İran və Türkiyənin Suriya ilə bağlı müxtəlif baxışları var. Türkiyə hakimiyyəti Bashar Assadi dəfələrlə istefaya çağırıb. İran isə Suriyanın müttəfiqidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG