Keçid linkləri

2026, 16 May, şənbə, Bakı vaxtı 07:02

Avropa Birliyi cəbhə bölgəsindəki hadisələrdən narahatdır

Avropa Birliyinin xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Catherine Ashton Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən silahlı hadisələrlə bağlı narahatlığını bildirib.

Bununla bağlı açıqlamanı C.Ashton'un mətbuat katibi səsləndirib.

Açıqlamada ali nümayəndə hər iki tərəfi atəşkəsə sadiq qalmağa, təmas xəttində və ictimai açıqlamalarda təmkinli davranmağa çağırıb.

Açıqlamada bildirilir ki, güc tətbiqi, təhdid, həmçinin mövcud status-kvo vəziyyəti münaqişənin həllinə mənfi təsir edir. /ANS/
This item is part of
XS
SM
MD
LG